Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sosial rifah və vətəndaş məmnunluğuna hesablanmış addım

Sosial rifah və vətəndaş məmnunluğuna hesablanmış addım


"Dövlət qulluğunda çalışanların əməkhaqqı sisteminin təkmilləşdirilməsi haqqında Cənab Prezidentin imzaladığı fərman və sərəncamlara təkcə müəyyən bir təbəqənin maaş artımı prizmasından baxmaq doğru olmazdı. Bu addım, islahat geniş məna kəsb edir. Dövlət qulluğunda çalışanların əməkhaqqı sisteminin təkmilləşdirilməsi bu sahədə çalışanların sosial rifahının yaxşılaşdırılması ilə yanaşı, eyni zamanda cəmiyyətdə bir çox hallarda mövcud olan mənfi tendensiyaların aradan qaldırılmasına da xidmət edir. Bu sırada ilk növbədə korrupsiya və rüşvətxorluq riskinin azaldılmasını qeyd edə bilərik".

Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı İlham Məmmədov səsləndirib. Millət vəkili deyib ki, idarəetmə sisteminin əsas dayaqlarından biri hesab olunan dövlət qulluğunda zaman-zaman islahatların həyata keçirilməsi, bu sahədə çalışanların daha çevik və məhsuldar iş ortaya qoymaları üçün onlarda stimul yaradılması vacib amillərdən biridir. Deputat hesab edir ki, bu cür addımlar, görülən tədbirlər dövlət qulluqçularının daha keyfiyyətli xidmət göstərməsinə, bu da nəticə etibarilə vətəndaş məmnunluğuna yol açır:

"İlk növbədə isə bu məsələyə ölkədə korrupsiya riskinin azaldılması prizmasından yanaşmaq lazımdır. Sirr deyil ki, istənilən sahədə maddi təminatın, əmək haqqının aza olması istər-istəməz korrupsiya riski yaradır, əməkdaşlar əlavə, qeyri-rəsmi formada gəlir əldə etmək barədə düşünürlər, bu kimi neqativ hallara cəhd göstərirlər. Bu da ölkədə korrupsiya, rüşvətxorluq hallarının artmasına yol açır. Lakin dövlət qulluğu sistemində çalışanların əmək haqqı sisteminin təkmilləşdirilməsi bu kimi mənfi halların aradan qaldırılmasına imkan yaradacaq. Artıq maddi təminat, yeni qaydalar əsasında təyin edilən əmək haqqı dövlət qulluqçusu üçün kifayət etdiyindən, o artıq qeyri-rəsmi gəlir əldə etmək barədə düşünməyəcək. Nəticə etibarilə korrupsiya riski azalacaq".

Deputat diqqətə çatdırıb ki, bu addım dövlət quluğunda xidmət keyfiyyətinin daha da artmasına təsir göstərəcək. İlham Məmmədovun sözlərinə görə, dövlət qulluqçularının maddi rifahının yaxşılaşdırılması onların vətəndaşlara göstərdiyi xidmətin keyfiyyətini də yüksəldəcək:

"Daha yüksək maddi təminatla əhatələnmiş dövlət qulluqçusu vətəndaş müraciətinə daha diqqətli və məhsuldar yanaşacaq, nəticə etibarilə xidmət keyfiyyətinin artması ilə vətəndaş məmnunluğu yüksələcək. Burada xüsusilə bir məqamı qeyd etmək yerinə düşərdi. Belə ki, yüksək əmək haqqı və güclü maddi təminat gənc və bacarıqlı kadrların özəl sektor deyil, dövlət qulluğuna üz tutmasına imkan yaradacaq. Eyni zamanda bu addım işçilərin dövlət orqanlarından uzaqlaşmasının qarşısını almış olacaq, təcrübəli kadrların uzun müddət dövlət sektorunda qalmasına şərait yaradacaq".


Süleyman
Xəbəri paylaş