Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sumqayıtda bayram tonqalında partlayış olub, xəsarət alanlar var-SİYAHI

Sumqayıtda bayram tonqalında partlayış olub, xəsarət alanlar var-SİYAHI


Sumqayıt şəhəri, 7, 8 və 12-ci məhəllələrin kəsişməsində bayram tonqalı yandırılarkən baş verən güclü partlayışda doqquzu uşaq olmaqla, 11 nəfər tüstüdən zəhərlənib.

Newscenter.az-ın məlumatına görə, "Report"un yerli bürosu xəbər verir ki, bununla bağlı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi və Sumqayıt Tibb Mərkəzi birgə məlumat yayıb.

Bildirilib ki, çağırış ünvanına 3 təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadaları tərəfindən 5 uşaq Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Uşaq Xəstəxanasına, 4 nəfər Uşaq Xəstəxanasına, 2 nəfər isə Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.

Onların hər birinə tüstüdən zəhərlənmə səbəbilə zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyəti qənaətbəxş qiymətləndirilən 7 nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda 4 nəfərin müalicəsi davam etdirilir, vəziyyətləri stabildir.

Xəsarət alanlar Sumqayıt şəhər sakinləri, 2004-2018-ci il təvəllüdlü şəxslərdir:

2004-cü il təvəllüdlü Məmmədzadə Fatimə Telman qızı,

2006-cı il təvəllüdlü İsgəndərli Fatimə Camal qızı,

2015-ci il təvəllüdlü Bayramlı Nailə Saleh qızı,

2018-ci il təvəllüdlü Qasımov Aylin Rahid qızı,

2015-ci il təvəllüdlü Hüseynzadə İsa Taleh oğlu,

2014-cü il təvəllüdlü Təhməzli Ömər Rəşad oğlu,

2016-cı il təvəllüdlü Əliyeva Ayla Roman qızı,

2009-cu il təvəllüdlü Orucov Nicat Vüqar oğlu,

2013-cü il təvəllüdlü Əsədli Duyğu Nəriman qızı,

2013-cü il təvəllüdlü Həsənli Yusif Niyazi oğlu,

2008-ci il təvəllüdlü Məmmədova Aylin Ramin qızı
Xəbəri paylaş