Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan və Ermənistan XİN başçıları normallaşma prosesini müzakirə ediblər

Azərbaycan və Ermənistan XİN başçıları normallaşma prosesini müzakirə ediblər


Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyan arasında telefon danışığı aparılıb.

Newscenter.az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlər Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin daha da irəlilədilməsi istiqamətində müsbət inkişafları məmnunluqla qeyd ediblər.

Ceyhun Bayramov və Ararat Mirzoyan həmçinin regional məsələləri və çoxtərəfli platformalar çərçivəsində fəaliyyətləri müzakirə ediblər.

Anar
Xəbəri paylaş