Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

31 Mart Soyqırımı bəşəriyyətə qarşı cinayətdir

31 Mart Soyqırımı bəşəriyyətə qarşı cinayətdir


"31 mart 1918-ci ildə Türkiyənin Şərqi Anadolusunda, Azərbaycanın Bakı, Şamaxı, Quba, Kürdəmir, Salyan və Lənkəran bölgələrində minlərlə insanın qətlə yetirildiyi hadisələr insanlığa qarşı qətl idi. Bu, Azərbaycan türklərinə qarşı deyil, bütün bəşəriyyətə qarşı törədilmiş cinayətdir".

Newscenter.az xəbər verir ki, bunları Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) mətbuat katibi və İstanbul Türkiyə-Azərbaycan Həmrəylik və Mədəniyyət Dərnəyinin (ISTAD) prezidenti Səfər Karakoyunlu deyib.

O qeyd edib ki, hadisələr mart ayında başlayaraq sentyabr ayına qədər davam etdi və Qafqaz İslam Türk Ordusunun müdaxiləsi ilə başa çatdı:

"Təkcə Bakıda təxminən 30.000, Azərbaycanın digər bölgələrində isə ümumilikdə 120.000 insan həyatını itirib. Hücumlar Türkiyənin Qars, İğdır, Ərzurum, Ərdahan, Ağrı və Van kimi vilayətlərində də baş verib".

İSTAD rəhbəri onu da deyib ki, bu tarixi unutmamaq kkeçmişimizi bilmək və anlamaq gələcəyimizi qorumaq üçün çox vacibdir:

"Tarix boyu türklərə qarşı olan oxşar hücumlar da (1905-1906, 1918-1920, 1948-1953 və 1988-1992 Qarabağ/Xocalı) unudulmamalıdır. Bu münasibətlə bütün şəhidlərimizi və qazilərimizi ehtiram və minnətdarlıqla xatırlayırıq".

Süleyman
Xəbəri paylaş