
Prezident İlham Əliyevin son çıxışında səsləndirilən rəqəmlər ölkə iqtisadiyyatının qarşıdakı dövr üçün əsas istiqamətlərini göstərir. Azərbaycanın valyuta ehtiyatları 90 milyard dollara çatıb, xarici dövlət borcu isə ÜDM-in cəmi 5,6%-ni təşkil edir. 2027-ci ildə minimum əməkhaqqının, pensiyaların və sosial müavinətlərin artırılması nəzərdə tutulur. Son iki Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış investisiya kontraktlarının ümumi həcmi 20 milyard dolları ötür".
Newscenter.az xəbər verir ki, bunları deyən iqtisadçı ekspert Əyyub Kərimlinin sözlərinə görə, Azərbaycanın tranzit potensialı da böyüyür – bu il ölkə ərazisindən keçəcək yüklərin həcminin 16 milyon tona çatacağı gözlənilir:
"Enerji sektorunda da yeni imkanlar formalaşır. Prezidentin açıqlamasına görə, yeni qaz kontraktlarından yalnız biri əlavə 5 milyard kubmetr qaz nəzərdə tutur. Neft məhsulları üzrə isə ümumi potensial 30 milyon ton səviyyəsində qiymətləndirilir.
Bu rəqəmlərin iqtisadi mənası kifayət qədər böyükdür: Azərbaycan bir tərəfdən maliyyə təhlükəsizliyi ehtiyatını qoruyur, digər tərəfdən enerji, logistika və investisiya imkanlarını genişləndirir".
İqtisadçı hesab edir ki, növbəti mərhələnin əsas hədəfi bu maliyyə və enerji gücünün daha yüksək qeyri-neft artımına, yeni iş yerlərinə, məhsuldarlığa və əhalinin real gəlirlərinin yüksəlməsinə çevrilməsi olmalıdır:
"Çünki iqtisadi güc yalnız ehtiyatların və investisiyaların həcmi ilə deyil, nəticədə vətəndaşın rifahında nə qədər hiss olunması ilə ölçülür".
Süleyman











































