Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“e-müqavilə” altsistemində imzalanan müqavilələrin məbləği 3 milyard manatı ötüb

“e-müqavilə” altsistemində imzalanan müqavilələrin məbləği 3 milyard manatı ötüb


2026-cı ilin 9 ayı ərzində “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin (RDMİS) “e-müqavilə” altsistemində dövlət satınalmaları üzrə müqavilələrin elektronlaşdırılmasına dair statistik göstəricilərdə yüksək artım qeydə alınıb.

Newscenter.az-a Maliyyə Nazirliyindən bildirilib ki, hesabat dövrünün yekunlarına əsasən, sistemdə 7 386 satınalma müqaviləsi gücləndirilmiş elektron imza ilə imzalanıb, müqavilələrin ümumi məbləği 3 milyard manatı ötüb. İmzalanmış müqavilələrin ümumi məbləğinin 51,2%-i işlərin, 34,22%-i malların, 14,58%-i isə xidmətlərin satınalınmasının payına düşüb.

Ötən müddət ərzində “e-müqavilə” altsistemindən istifadə miqyası da genişlənib. Hazırda sistemdən 1 288 satınalan təşkilat və 2 609 təchizatçı istifadə edir.

“e-müqavilə” altsistemi “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, satınalma müqavilələrinin elektron formada hazırlanmasını, razılaşdırılmasını və imzalanmasını, bu müqavilələrin sistem üzərindən göndərilməsini və proseslərin vahid platformada izlənilməsini təmin edir.

Hazırda “e-müqavilə” altsistemində elektron müqavilələrin imzalanmasından sonrakı mərhələlərin də rəqəmsallaşdırılması istiqamətində işlər davam etdirilir. Bu çərçivədə müqavilə üzrə malın, işin və ya xidmətin faktiki təhvil verilməsini və qəbul edilməsini təsdiq edən elektron təhvil-təslim aktının RDMİS üzərindən formalaşdırılması, tərəflər arasında elektron qaydada razılaşdırılması və təsdiqlənməsi imkanları yaradılıb. Yeni funksionallıq müqavilənin icra mərhələsinin də vahid rəqəmsal mühitdə izlənilməsinə, sənəd dövriyyəsinin azaldılmasına və icra prosesinə dair məlumatların sistemli şəkildə formalaşdırılmasına imkan verir.

Qeyd edək ki, “e-müqavilə” Azərbaycan Respublikası Prezidentinin 26 yanvar 2026-cı il tarixli Fərmanı ilə Əsasnaməsi təsdiq edilmiş “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin altsistemi kimi fəaliyyət göstərir. Bu altsistem cari ilin 10 aprel tarixindən istifadəyə verilib və mərhələli şəkildə altsistemin funksional imkanlarının genişləndirilməsi, satınalma müqavilələrinin icra proseslərinin daha geniş şəkildə elektronlaşdırılması və istifadəçilər üçün yeni rəqəmsal xidmətlərin tətbiqi istiqamətində işlər davam etdirilir.

Süleyman
Xəbəri paylaş