Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyə Azərbaycan daxil olmaqla qonşu ölkələrə 20,9 milyard dollarlıq mal ixrac edib

Türkiyə Azərbaycan daxil olmaqla qonşu ölkələrə 20,9 milyard dollarlıq mal ixrac edib


Türkiyə Azərbaycan, Bolqarıstan, Gürcüstan, İraq, İran, Suriya və Yunanıstan daxil olmaqla qonşu ölkələrə cari ilin 9 ayında 20,9 milyard dollarlıq mal ixrac edib.

Newscenter.az Türkiyə Statistika Təşkilatına istinadən bildirir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 3,2% artım deməkdir. Bu məbləğ 2025-ci ilin eyni dövründə 20 milyard 273 milyon 335 min dollar olub.

Yanvar-sentyabr dövründə ixrac ötən ilin eyni dövrü ilə müqayisədə 5,2% artaraq 210 milyard 973 milyon dollara çatıb.

Hesabat dövründə ən çox ixracat İraqa olub. Bu ölkəyə ixrac 6,7 milyard dollar təşkil edib. Bu ölkəni 3,9 milyard dollarla Bolqarıstan, 2,6 milyard dollarla Yunanıstan və 2,2 milyard dollarla Gürcüstan izləyib.

Süleyman
Xəbəri paylaş