
Yaponiyanın Rusiyaya qarşı yeni sanksiyaları Tokionun xarici siyasətində müstəqilliyinin olmamasını təsdiqləyir.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Yaponiyanın son anti-Rusiya hərəkətləri ilə bağlı şərhində bildirib.
Diplomat qeyd edib ki, 2 oktyabrda Tokio "Rusiyaya qarşı 27-ci qanunsuz tədbirlər paketi"ni elan edib və bu tədbirlər 33 Rusiya hüquqi şəxsini və 9 fiziki şəxsi, eləcə də xaricdəki bir neçə şirkəti əhatə edib.
Zaxarova qeyd edib ki, biz bunu Tokionun xarici siyasətinin müstəqilliyinin olmamasının daha bir təsdiqi kimi görürük:
"Bu siyasət milli maraqlarla deyil, Yaponiyanın Avroatlantik regionundakı Rusiyaya strateji məğlubiyyət vermək ideyasına patoloji olaraq fokuslanmış sözdə eyni düşüncəli ölkələrlə ehtiyatsız həmrəyliyi ilə diktə olunur".
Anar










































