
Süni intellekt sintetik biologiya ilə birlikdə bəşəriyyət üçün ölümcül təhlükə yaradır.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Kurçatov İnstitutu Milli Tədqiqat Mərkəzinin prezidenti Mixail Kovalçuk 3-cü Beynəlxalq Bioprom Forumunda çıxış edərkən bildirib.
Kovalçuk deyib: “Bu gün heç kim bu barədə düşünmür. İstənilən şeyi sintez etməyə imkan verən sintetik biologiya və silah istehsal edə bilən süni intellekt var”.
Alim əlavə edib ki, süni intellekt dərhal sivilizasiya kodunu dəyişdirə və bəşəriyyəti məhv edə bilər.
Anar










































