
ABŞ prezidenti Donald Tramp bildirib ki, Polşada yeni daimi hərbi bazanən yaradılmasına razılıq verib.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Ağ Ev rəhbəri özü deyib.
"Bu, baş verə bilər. Onlar, polyaklar bunu həqiqətən istəyirlər. Onların bu istəyini bəyənirəm", - deyə Tramp əlavə edib.
Polşa xarici işlər naziri Radoslav Sikorskinin sentyabrın sonlarında elan etdiyi kimi, Varşava yeni daimi ABŞ hərbi bazasında 10.000-ə qədər əsgər yerləşdirmək istəyir. Sikorski qeyd edib ki, Polşanın artıq bir daimi ABŞ hərbi bazası var. O, ikinci bazanın yaradılması perspektivlərinin müzakirə olunduğunu təsdiqləyib. Sikorski həmçinin qeyd edib ki, hazırda Polşada rotasiya əsasında təxminən 7.000 ABŞ əsgəri yerləşdirilib.
Anar











































