
Oman sultanı Heytəm bin Tariq Əl Səid Qazaxıstana dövlət səfərinə gəlib.
Newscenter.az Akorda-ya istinadən bildirir ki, prezident Kasım-Jomart Tokayev Astana Hava Limanında Oman sultanını paytaxt hava limanında şəxsən qarşılayıb.
Hava limanında Prezident Kasım-Jomart Tokayevlə Oman sultanı Heytəm bin Tariq Əl Səid arasında qısa dialoq olub.
Qeyd edək ki, Oman sultanı Qazaxıstan prezidenti Tokayevin dəvəti ilə bu plkəyə gəlib. Qazaxıstan Respublikası Hərbi Hava Qüvvələrinin təyyarələri dövlət sərhədindən paytaxta qədər Oman Sultanını müşayiət ediblər.
Səfər çərçivəsində keçiriləcək görüşlərdə ikitərəfli əlaqələrin inkişaf etdirilməsi, Qazaxıstan və Oman arasında siyasi, iqtisadi, mədəni və sosial sahələrdə əlaqələrin yeni mərhələyə çatdırılması üçün birgə addımların atılması müzakirə ediıcək.
Anar










































