
İranın Tehran əyalətində kafelərdə qəlyan satışı, canlı musiqi konsertlərinin keçirilməsi qadağan edilib.
Newscenter.az-ın məlumatına görə, "Report" İran mediasına istinadən xəbər verir ki, bu barədə Tehran əyalətinin polis rəisi Əli Rafiei bildirib.
Onun sözlərinə görə, kafelər yalnız öz fəaliyyət çərçivəsində işləməlidir:
"Qəlyan satışı, canlı musiqi konsertlərinin keçirilməsi, diceylərin iştirakı və qumar oyunları ilə bağlı fəaliyyətə qadağa qoyulub".
Əli Rafiei bildirib ki, belə halları törədənlərə qarşı polis tədbirlər görür.











































