Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dövlət satınalmalarında qanunsuzluq aşkar edilib

Dövlət satınalmalarında qanunsuzluq aşkar edilib


Özbəkistanın Rəqabət Komitəsinin ərazi orqanları tərəfindən dövlət satınalmaları sahəsində aparılan müraciətlərin monitorinqi və təhlili nəticəsində təxminən 25 milyard sum dəyərində qanun pozuntuları aşkar edilib və müvafiq tədbirlər görülüb.

Newscenter.az Özbəkistanın Milli Xəbər Agentliyinə istinadən bildirir ki, xüsusilə avtomobil yollarının çəkilməsi və təmiri prosesində nöqsanlar müəyyən edilib.

Araşdırma zamanı “Rəqabət haqqında” Qanunun 29-cu maddəsinin tələblərinin pozulduğu, yəni müəyyən satınalma proseslərində rəqabətin məhdudlaşdırılmasına səbəb olan hərəkətlərin olduğu aşkar edilib.

Müvafiq olaraq, Komitənin ərazi şöbələrinin xüsusi komissiyaları tərəfindən bu təşkilatlara qarşı işlər başlanılıb və müəyyən edilmiş qaydada repressiv tədbirlər tətbiq edilib. Həmçinin, qanun pozuntularının aradan qaldırılması və gələcəkdə belə halların qarşısının alınması üçün məcburi göstərişlər verilib.

Dövlət satınalmaları sahəsində qanunun aliliyinin təmin edilməsi və ədalətli rəqabət mühitinin yaradılması istiqamətində işlər ardıcıl olaraq davam etdirilir.

Süleyman
Xəbəri paylaş