Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hörmüz böhranının Körfəz ölkələrinin iqtisadiyyatına vurduğu ziyan 50 milyard dolları keçə bilər

Hörmüz böhranının Körfəz ölkələrinin iqtisadiyyatına vurduğu ziyan 50 milyard dolları keçə bilər


Yaxın Şərqdə artan gərginlik və Hörmüz boğazının bağlanması səbəbindən müharibənin başlanğıcından bəri Körfəz ölkələrinin enerji gəlirlərində ciddi itkilər baş verib.

Newscenter.az xəbər verir ki, Türkiyə Enerji Stratejiləri və Siyasətləri Araşdırma Mərkəzi (TESPAM) tərəfindən hazırlanan Hörmüz Boğazının Bağlanması Ssenarisinin və Ölkəyə Təsir Analizinin təhlilinə görə, İran, İraq, Küveyt, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Bəhreynin Hörmüz boğazından neft ixracı 27 fevral - 30 mart tarixləri arasında gündə 12 milyon 323 milyon bareldən 7 milyon 833 barelə düşüb.

O cümlədən mayeləşdirilmiş təbii qaz (LNG) və bütün digər məhsullar da daxil olmaqla, sözügedən ölkələrin ümumi itkilərinin 50 milyard dolları keçə biləcəyi təxmin edilir.

Hesabatda qeyd edilir ki, Hörmüz böhranının Körfəz ölkələrinin iqtisadiyyatına vurduğu ziyan 50 milyard dolları keçə bilər.

Anar
Xəbəri paylaş