
Yaxın Şərqdə davam edən geosiyasi gərginlik qlobal bazarlarda ciddi satış təzyiqinə səbəb olub və son bir ayda ümumi bazar kapitallaşması təxminən 14 trilyon dollar azalıb.
Newscenter.az iqtisadçıların fond bazarında apardığı araşdırmalara istinadən bildirir ki, müharibənin başladığı 28 fevraldan bəri son bir ayda qlobal fond bazarlarının ümumi bazar dəyəri 157,5 trilyon dollar olduğu halda, 30 mart tarixinə 143,5 trilyon dollara düşüb. Bu dövrdə bazarlardakı dəyər itkisi təxminən 14 trilyon dollar olaraq hesablanıb.
Bu itki Almaniya, Yaponiya, İngiltərə və Fransa kimi bir çox inkişaf etmiş ölkələrin illik Ümumi Daxili Məhsulunu (ÜDM) üstələyib.
Bu dövrdə Amerika, Avropa və Asiyada ən çox izlənilən ölkə indekslərinin hamısı mənfi olub, ən çox düşən fond bazarı isə Cənubi Koreyanın Kospi indeksi 16,8 faiz təşkil edib.
ABŞ-da Nyu-York Fond Birjasında da böyük itkilər müşahidə olunub. Müharibənin əvvəlindən bəri S&P 500 indeksi 7,7 faiz, Nasdaq indeksi 8,2 faiz və Dow Jones indeksi 7,6 faiz itirib.
Anar











































