Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Doğma yurdlarına qayıtmış vətəndaşlarımızın sosial rifahının yaxşılaşdırılması da dövlətin əsas prioritetidir

Doğma yurdlarına qayıtmış vətəndaşlarımızın sosial rifahının yaxşılaşdırılması da dövlətin əsas prioritetidir


"Cənab Prezidentin özəl günlərdə və əlamətdar tarixlərdə işğaldan azad edilmiş ərazilərə səfərləri artıq ənənə halını alıb. Bu dəfə də müqəddəs Qurban bayramı və Müstəqillik Günündə Şuşa və Xankəndinə səfər edərək dövlət başçısı iki əlamətdar tarixi məcburi köçkünlərlə birlikdə qeyd etdi. Bu səfər həm dövlət başçısının hər bir vətəndaşın yanında olduğunun bir daha əyani sübutu. həm də Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulmasının cənab Prezidentin birbaşa nəzarəti altında olduğunun göstəricisi idi".

Bunları Newscenter.az-a Milli Məclisin deputatı İlham Məmmədov səsləndirib. Millət vəkilinin sözlərinə görə, səfər çərçivəsində dövlət başçısının bir sıra istehsal müəssisələri, mədəniyyət ocağı, yaşayış massivinin açılışında iştirak etməsi onu deməyə əsas verir ki, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış Proqramı uğurla icra edilir:

"Burada diqqət çəkən əsas məqamlardan biri də ondan ibarətdir ki, Azərbaycan dövləti, onun rəhbərliyi yalnız müvafiq infrastruktur yaradaraq məcburi köçkünləri öz doğma yurdlarına qaytarmaqla kifayətlənmir, eyni zamanda onların sosial rifah halının yüksəldilməsi istiqamətində də müvafiq addımlar atır. Cənab Prezidentin bu dəfəki səfəri zamanı Xocalı şəhərində “Qarabağ Tekstil Evi” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC), Xankəndidə “GP Safety” MMC-nin iş əlcəkləri istehsalı müəssisələrinin açılışında iştirak etməsi bunun əyani sübutudur. Hər iki müəssisədə ilkin mərhələdə 100-dən artıq işçinin çalışması nəzərdə tutulur ki, bu da bir o qədər ailənin sosial rifah halının yaxşılaşdırılması, paralel olaraq öz doğma yurdlarına qayıtmış vətəndaşlarımızın məşğulluğunun artırılması deməkdir. Dövlət siyasətinin əsas istiqamətlərindən biri əhalinin sosial rifah halının yaxşılaşdırılması, ölkədə işsizlik probleminin aradan qaldırılmasıdır ki, bu siyasət işğaldan azad edilmiş ərazilərimizdə də uğurla həyata keçirilir".

Millət vəkili əmindir ki, Qarabağ və Şərqi Zəngəzurda yaradılan əlverişli investisiya mühiti xarici investorlarda da bura olan marağı artıracaq:

"Xocalıdakı "Qarabağ Tekstil Evi" MMC-yə Türkiyə, Özbəkistan və Çindən də xammal idxal olunacaq ki, bu da adı çəkilən 3 ölkənin investorlarının azad edilmiş ərazilərə marağının artmasına səbəb olacaq. Düzdür, hazırda da işğaldan azad edilmiş ərazilərdə bir sıra ölkələrin tanınmış şirkətləri fəaliyyət göstərir, müxtəlif layihələr həyata keçirirlər. Hesab edirəm ki, bu maraq və diqqət bir qədər də artacaq".

Süleyman
Xəbəri paylaş