
Niderland rəsmiləri Bakı Enerji Həftəsində iştirak edəcək və Qarabağ bölgəsinə səfər edəcəklər.
Newscenter.az xəbər verir ki, bu barədə "Report" Niderland Krallığının Bakıdakı səfirliyinə istinadən xəbər verir.
Məlumata görə, iyunun 1-dən 5-dək Niderlandın Şərq Tərəfdaşlığı üzrə xüsusi nümayəndəsi Reyn Dekkers və ölkənin Xarici İşlər Nazirliyinin əlaqəlilik məsələləri üzrə xüsusi nümayəndəsi Bernhard Kelkes Azərbaycana səfər edəcək.
Diplomatik nümayəndəlikdən qeyd ediblər ki, səfər Bakı Enerji Həftəsinin tədbirlərində iştirak çərçivəsində baş tutacaq.
"Səfər zamanı nümayəndə heyəti nəqliyyat bağlantısı, energetika və regional əməkdaşlıq məsələlərinə həsr olunmuş bir sıra görüşlər keçirəcək. Bundan başqa, dövlət qurumlarının nümayəndələri, Orta Dəhliz çərçivəsində fəaliyyət göstərən Niderland və Azərbaycanın logistika şirkətləri ilə görüşlər, eləcə də Qarabağ bölgəsinə səfər planlaşdırılıb", - səfirlikdən vurğulayıblar.









































