
Rusiya Ermənistandan səfirini geri çağırmasi iki ölkə arasında siyasi münasibətlər sisteminin böhrana yuvarlanmasıdır. Avrasiya İttifaqının Ali Şurasının Ermənistanla bağlı birgə qərarı və V. Putinin açıqlamalari seçkilərə təsir etmək planın tərkib hissəsidir. Bununla seçicilərə "əgər N. Paşinyana səs versəniz, sizin Rusiya ilə bağlarınızı keçəcəyik" -mesajını verir. Ermənistanın əsas ticarət tərəfdaşı və bu ölkədən kənd təsərrüfatı məhsulları məhz satışı Rusiyanın bazarında həyata keçirilir.
Moskva Ermənistan hakimiyyətinə qarşı bütün təzyiqləri işə salıb. N. Paşinyan bu təzyiqlərə qarşı duruş gətirir və Kremldə V. Putinə "demokratiya" dərsi keçməsinə qədər gedib çıxmışdı.
Rusiya rəhbərliyi bilir ki, N. Paşinyan növbəti qələbəsindən sonra, Azərbaycanla "Yekun sülh" müqaviləsi bağlayacaq. Türkiyə ilə sərhədlər açılacaq. Rusiyanın Cənubi Qafqazda 200 il ərzində formalaşdırdığı status-kvo tam söküləcək. Bu da Rusiya rəhbərliyində həyəcanla qarşılanır.
Seçkilərdə Ermənistan əhalisi N. Paşinyana səs verməsi gözlənilir. Çünki, xalqda bilir ki, Rusiyanın növbəti gəlişi müharibə deməkdir.
Məhəmməd Əsədullazadə, siyasi şərhçi










































