
Antalya Hava Limanında avtobus qəzasında bir uşaq da daxil olmaqla beş Rusiya vətəndaşı xəsarət alıb.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Rusiyanın Antalyadakı Baş Konsulluğu məlumat verib.
Yaralılar dərhal xəstəxanaya aparılıb. Həkimlər xəstələrin ciddi xəsarət almadıqlarını və vəziyyətlərinin sabit olduğunu bildiriblər.
Baş Konsulluq öz növbəsində məsələni izlədiyini, xəstəxana və sığorta şirkəti ilə əlaqə saxlanıldığını və Rusiya vətəndaşlarına lazımi konsulluq yardımı göstərməyə hazır olduğunu bildirib.
Qeyd edək ki, Antalya Hava Limanında yerüstü xidmət avtomobili qəfildən avtobusun əks istiqamətində çıxıb və toqquşmaya səbəb olub.
Anar












































