Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan MDB ölkələri silahlı qüvvələrinin rabitə rəhbərlərinin iclasında iştirak edib

Azərbaycan MDB ölkələri silahlı qüvvələrinin rabitə rəhbərlərinin iclasında iştirak edib


Belarusun paytaxtı Minskdə MDB üzv dövlətlərinin Silahlı Qüvvələrinin Rabitə Rəislərinin Koordinasiya Komitəsinin növbəti iclası keçirilib.

Newscenter.az xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyi məlumat verib.

İclasda Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistan Müdafiə nazirliklərinin, eləcə də MDB Müdafiə Nazirləri Şurasının Katibliyinin nümayəndə heyətləri iştirak edib. Azərbaycan da iclasda təmsil olunub.

İclasda MDB ölkələri Silahlı Qüvvələrinin Birgə Rabitə Sisteminin vəziyyəti və onun inkişaf perspektivləri müzakirə olunub. Rabitə idarəetmə orqanları arasında əməkdaşlığın hüquqi və praktiki aspektlərinin təkmilləşdirilməsi məsələləri də nəzərdən keçirilib.

Əsas diqqət müdafiə nazirliklərinin zəruri rabitə xidmətləri ilə təmin edilməsinə və hərbi sistemlərin sabit işləməsinin dəstəklənməsinə yönəldilib.

İclasın yekunlarına görə, hərbi rabitə sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı qərarlar qəbul edilib.

Anar
Xəbəri paylaş