Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər


Ermənistanda baş verən həbslərdən narahat olan Moskvanın İrəvana qarşı təhdidləri davam edir. Ermənistan dəmiryollarının Rusiyanın nəzarətindən çıxma təhlükəsini artıq reallıq kimi qəbul edən Kreml bu ölkəyə qarşı iqtisadi təzyiqləri artırmaq niyyətində görünür. Bəs görəsən Rusiyanın Ermənistana qarşı tətbiq edəcəyi iqtisadi təzyqlər ikinci üçün hansı mənfi proseslərə gətirib çıxarar?

Məsələ ilə bağlı fikirlərini Newscenter.az-la bölüşən siyasi ekspert Çingiz Şahbazi deyib ki. əsas problem Rusiya üçün Ermənistanda təsir imkanlarının sürətlə azalmasıdır:

"Hesab edirəm ki, ölkənin 80 faizindən çox qazını, Rusiyadan güzəştlərlə çox ucuz qiymətə alan Ermənistan, qış aylarında ciddi risklərlə üzləşə bilər. Bununla bağlı Moskva açıq şəkildə mesajlar verir. Ermənistan Avropa İttifaqına doğru getsə, bu güzəştlərdən məhrum ediləcək. Bu Kremlin əlində olan ən effektiv təzyiq mexanizmlərindən biridir. Moskva Paşinyana istefa ver, demir. Sadəcə Avropa İttifaqına gedirsinizsə, bunun iqtisadi və siyasi hesabını vermək məcburiyyətindəsiniz, deyir. Ermənistan dəmir yolu 2008-ci ildən Rusiya şirkətinə 30 illik müqavilə əsasında verilib. Rusiya tərəfi bildirir ki, bu şirkət infrastruktura 30 milyard rubldan artıq vəsait qoyub. Paşinyan Ermənistan dəmir yollarını dövlətin mülkiyyəti olaraq bildirib və beynəlxalq nəqliyyat marşrutlarının Ermənistandan keçməsi üçün mövcud Rusiya idarəetmə modelinə dəyişiklik etmək lazımdır. Bunun üçün Paşinyan mümkün modelləri də qeyd edib. 1.Rusiyanın konsessiyanı üçüncü ölkəyə satması. 2. Rusiyanın azlıq payını saxlaması. 3. İdarəetmənin infrastruktura sahiblikdən ayrılması. Yəni Paşinyanın burda əsas məqsədi Rusiyanı qovmaq deyil, sadəcə olaraq Rusiyanın əlindən monopoliyanı almaqdan ibarətdir".

Çingiz Şahbazi qeyd edib ki, Moskva, bütün bunların arxasında Qərbin dayandığını düşünür və hətta, bu məsələdə Ermənistan Qərb tərəfindən şantaj edilir iddiası ortaya atılır:

"Rusiya Ermənistana bu və digər məsələlərlə bağlı köməklik edəcəyini bildirib. Əks halda Qərbə yaxınlaşmaq istəyirsinizsə, həmçinin Rusiya bazarına da çıxışın bağlanacaq. Qeyd edim ki, Rusiya Ermənistanın xarici ticarətinin təxminən 40 faizə yaxınını təşkil edir. Bu Ermənistan iqtisadiyyatı üçün ciddi zərbə hesab olunur. Bu baxımdan Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər və Moskva bu imkanlardan istifadə edərək Pasinyanı devirməyə yox, sadəcə ozünə tərəf yönəlməyə məcbur etmək istəyir. Düşünürəm ki, bütün cəhdlər bu istiqamətdə cərəyan edəcək".

Süleyman
Xəbəri paylaş