
"Moskvanın Ermənistanda hələlik, açıq şəkildə siyasi müdaxilə etmək və yaxud da hansısa formada hərbi xəttə cəhd etmək kimi təşəbbüsü olmasa da, Kreml İrəvanın Qərbə strateji dönüşünü dayandırmaq üçün iqtisadi, siyasi, informasiya və təhlükəsizlik rıçaqlarını saxlayır. Əlbəttə ki, son həbslər, xüsusilə də Rusiyanın adamlarının həbsləri bu istiqamətdə durumu ciddi şəkildə kəskinləşdirib".

Bunları Newscenter.az-a siyasi ekspert Çingiz Şahbazi deyib. O bildirib ki, avqustun 25-də Ermənistanın keçmiş prezidenti və parlament müxalifətinin əsas simalarından biri Robert Köçəryan və oğlu saxlanıldı. Onlara korrupsiya, rüşvət və çirkli pulların yuyulması ittihamları ilə cinayət işi açıldı:
"Tərəfdarları baş verən hadisələri siyasi motivli təqib olaraq qiymətləndirirlər. Hökumət isə öz növbəsində bu iddiaları əsassız sayaraq rədd edir. Fakt isə ondan ibarətdir ki, repressiv həbslər Rusiyaya yaxın hesab edilən siyasi qüvvələrə, kilsə rəhbərlərinə və digər hökumət tənqidçilərinə qarşı yönəlib. Baş verənlər Moskva üçün Ermənistanın daxili məsələsi kimi qəbul edilə bilməz. Köçəryan, Samvel Karapetyan və digər qüvvələr Rusiyanın Ermənistan daxilindəki ənənəvi siyasi dayaqlarının yalnız bir hissəsidir. Bu baxımdan Köçəryanın həbsi Rusiyanın Ermənistanla olan problemlərindən çox -çox kiçikdir.
Süleyman












































