
İran Xəzər dənizinin ətraf mühitinin qorunması üzrə Tehran Konvensiyasının Tərəfləri Konfransının yeddinci iclasına ev sahibliyi edəcək.
Newscenter.az pravda.ru-ya istinadən bildirir ki, tədbir 20 sentyabr - 1 oktyabr tarixlərində keçiriləcək. İclasdan sonra İran konvensiyanın rotasiya sədrliyini öz üzərinə götürəcək.
Ətraf Mühit Departamentinin Beynəlxalq Əlaqələr və Konvensiyalar Mərkəzinin rəhbəri Arman Xorsandın sözlərinə görə, Görüş cədvəli iki mərhələyə bölünür. İlk üç gün ekspert görüşləri, sonuncu gün isə yüksək səviyyəli sessiya olacaq. Tədbirdə beş sahilyanı dövlətin ətraf mühit nazirləri və rəsmiləri, eləcə də BMT nümayəndələri iştirak edəcəklər.
Xorsandın sözlərinə görə, gündəliyə konvensiyanın protokolları üzrə sənədlərin əlaqələndirilməsi və iştirakçı ölkələrin ətraf mühit nazirlərinin bəyannaməsinin hazırlanması daxildir. Görüş üç illik fasilədən sonra keçirilir.
İclasda regionun yeganə dəniz məməlisi olan Xəzər suitisinin qorunmasına xüsusi diqqət yetiriləcək. Beynəlxalq Təbiəti Mühafizə Birliyinin (IUCN) məlumatına görə, bu növ ciddi şəkildə nəsli kəsilməkdədir. Onun populyasiyası bir milyondan 70.000-ə düşüb.
Qeyd edək ki, 2003-cü ildə Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan tərəfindən imzalanan Tehran Konvensiyası 12 avqust 2006-cı ildə qüvvəyə minib. Sənəddə ehtiyat tədbirləri və çirkləndirici məsuliyyət prinsiplərinə əsaslanaraq çirklənmənin qarşısının alınması və dəniz mühitinin bərpası üçün hüquqi mexanizmlər müəyyən edilir.
Süleyman











































