
Türkiyədə tütün və tütün məmulatlarına qarşı mübarizə sərtləşdiriləcək.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, bu məqsədilə müvafiq addımlar atılacaq. Belə ki, 2015-ci ildən sonra doğulanlara ömürlük olaraq siqaret satışını qadağan etmək, eyni zamanda ictimai yerlərdə xüsusi siqaret çəkmə yerləri yaratmaq kimi tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Cari ilin oktyabr ayında Türkiyə Böyük Millət Məclisinə təqdim edilməsi gözlənilən yeni qanun layihəsinin hazırlanmasında Yaşıl Aypara Elmi Şurasının üzvü Toker Ergüder iştirak edib. O, dünyada 1,2 milyard insanın siqaret istifadə etdiyinə diqqət çəkib.
Hər il təxminən 7 milyon insanın tütünlə əlaqəli səbəblərdən öldüyünə diqqət çəkən Ergüder, Ümumdünya Səhiyyə Təşkilatının Tütünlə Mübarizəyə dair Çərçivə Konvensiyasının qüvvəyə minməsindən bəri bir çox ölkədə tütün istifadə nisbətlərinin azaldığını bildirib.
Son illərdə dünyada ümumi azalma tendensiyasına baxmayaraq, Türkiyədə tütün istifadəsinin yenidən artdığını qeyd edən Ergüder, xüsusilə qadınlar və gənclər arasında tütün istifadə nisbətlərinə diqqət çəkib.
Bildirib ki, son 10-15 ildə qadınlar arasında siqaret çəkmə əhəmiyyətli dərəcədə artıb:
"Qadınlar arasında siqaret çəkmə nisbətində artım təxminən 40-50 faizdir. 15-24 yaş qrupunda istifadə nisbəti 90 faizi keçib".
Anar












































