Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Osmanqızının növbəti uydurmaları

Osmanqızının növbəti uydurmaları


"Rusiya Prezidenti Vladimir Putin oktyabrın 1-də Valday Diskussiya Klubunun XXIII illik plenar sessiyasında “Şimal–Cənub” dəhlizindən danışarkən marşrutun keçdiyi İran ərazisindəki torpağın alınmasına toxunub. Putin belə bir cümlə işlədib ki, İranda marşrutun keçəcəyi torpağın alınması işlərini yekunlaşdırmaq lazımdır.

ABŞ-da gizlənərək daim Azərbaycana qarşı qarayaxma kampaniyası aparan, dezinformasiya yayan Osmanızı isə Rusiya dövlət baçşısının fikirlərinui təhrif edərək guya Azərbaycan torpaqlarının satın alınacağına dair təxribatla məşğul olmağa çalışır. Cəmiyyəti çaşdırır ki, Rusiya Azərbaycan ərazisini hərbi və siyasi olaraq ilhaq etməyə hazırlaşır".

Newscenter.az xəbər verir ki, bunları siyasi elmlər doktoru, professor Vaqif Abdullayev səsləndirib. O bildirib ki, Valdaydakı həmin çıxışa diqqətlə baxanlar açıq-aydın Azərbaycandan “ərazi alınması”ndan söhbət getmədiyini görə bilər:

"Çünki “Şimal-Cənub” dəhlizinin Azərbaycandan keçən hissəsi tam hazırdır və bizim ərazimizdə hansısa infrastrukturun çəkilişi üçün torpaq alınmasına və ya satılmasına ümumiyyətlə ehtiyac yoxdur.

Rusiya Prezidenti “Şimal-Cənub” dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində işlərin qaydada olduğunu təsdiq edir, Prezident İlham Əliyevlə layihənin həyata keçirilməsində ortaq mövqedə olduğunu xatırladır. Ortaq mövqe isə həmin dəhlizin beynəlxalq bağlantılarla əlaqələndirilməsində birgə iqtisadi qərarların icrası deməkdir".

Vaqif Abdullayevin sözlərinə görə, Osmanqızı isə həmin sahənin mütəxəssisi olmadığından başı çıxmadığı mövzuya burnunu soxur, saxtakarlıq edərək həm Rusiya prezidentinin adından ağ yalan uydurur:

"Bu, Osmanqızının birinci yalan və riyakarlığı deyil, onun belə ucuz şoulara əl atması, müxtəlif rəsmi şəxslərin fikirlərini təhrif etməsi, qərəzli və destruktiv mövqe nümayiş etdirməsi xəstə təfəkkürünün və təxəyyülünün göstəricidir. Osmanqızı ermənipərəst himayədarlarının açdığı internet kanalında zaman-zaman ölkəmizə qarşı qərəzli fikirlər, absurd iddialar səsləndirib.

Hər dəfə də fikirlərinin qərəzə söykəndiyini və həqiqəti əks etdirmədiyini biruzə verərək özünü ifşa edir, gülünc vəziyyətə düşüb. Hər kəs onu və onun kimi digər şəxsləri yaxşı tanıyır, Tural Sadıqlı kimi milli xəyanətkarlarla ölkəmizə qarşı çirkin təbliğatla gündəmə gəlməyə çalışan Osmanqızı kimilərinin yalanları isə nə ayaq tuta bilir, nə də yeriyə".

Süleyman
Xəbəri paylaş