Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qarabağ və Şərqi Zəngəzurun investisiya potensialı beynəlxalq səviyyədə təqdim olunur

Qarabağ və Şərqi Zəngəzurun investisiya potensialı beynəlxalq səviyyədə təqdim olunur


Qarabağ və Şərqi Zəngəzurun iqtisadi potensialının yerli və xarici investorlara tanıdılması istiqamətində yeni məlumat resursu təqdim olunub.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi 5 noyabr 2026-cı ildə Zəfər Günü münasibətilə “Invest in Garabagh and Eastern Zangezur” nəşrinin üçüncü xüsusi buraxılışını yayımlayıb.

Nəşrdə regionun kənd təsərrüfatı, sənaye, enerji, turizm, təbii ehtiyatlar və xidmət sektorları üzrə investisiya imkanları, sahibkarlara göstərilən dövlət dəstəyi və infrastruktur layihələri əksini tapıb.

Bərəkət İctimai Birliyi hesab edir ki, investisiya imkanlarının beynəlxalq səviyyədə tanıdılması regiona özəl sektorun cəlb olunmasına, yeni istehsal sahələrinin yaradılmasına və iqtisadi fəallığın yüksəlməsinə töhfə verə bilər.
Xəbəri paylaş