Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sumqayıtda fəhlə dağıntılar altında qalıb

Sumqayıtda fəhlə dağıntılar altında qalıb


Sumqayıt şəhərində yeni tikilən binalardan birində bədbəxt hadisə baş verib.

Newscenter.az-ın xəbərinə görə, “Report”un yerli bürosu məlumat verir ki, hadisə Şəhərin 10-cu mikrorayon ərazisində yerləşən tikinti sahəsində fəhlə dağıntılar altında qalıb.

Hadisə zamanı 2005-ci il təvəllüdlü Ariz Ağayarovun dağıntılar altında qaldığı bildirilir. Hazırda ərazidə axtarış-xilasetmə işləri aparılır. Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş