
"150 yaşlı Azərbaycan mətbuatı tarixin keşməkeşli dövrlərindən üzüağ çıxaraq bu günə qədər gəlib çıxıb və öz sözünü deyib. Bu gün əminliklə deyə bilərik ki, Azərbaycan mətbuatı Həsən bəy Zərdabi ənənələrini uğurla davam etdirir".
Bu fikirləri Newscenter.az-a " Təhsilə Dəstək və Maarifləndirmə" ictimai birliyinin sədr müavini Ruhiyyə Mehdiyeva səsləndirib. O bildirib ki, günümüzdə Azərbaycan mediası, bu sahədə çalışan insanlar yetəri qədər dövlət qayğısı ilə əhatələnib:
"Azərbaycan mətbuatına dövlət qayğısı Ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətdə olduğu illərə təsadüf edir. Həmin illərdə Ulu Öndərin çətin iqtisadi durumda olan mətbu orqanların Azərbaycan Nəşriyyatına olan borclarını dondurması, qəzetlərin maddi-texniki bazasının gücləndirilməsi məqsədilə atmış olduğu addımlar bu qayğının aydın göstəricisi idi. Bütün bu müsbət məqamlardan irəli gəlirdi ki, media nümayəndələri bir neçə dəfə Ulu Öndəri "Jurnalistin dostu" etdi".
Ruhiyyə Mehdiyeva deyib ki, mətbuata diqqət və qayğı günümüzdə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İctimai birlik təmsilçisinin sözlərinə görə, media ilə birbaşa əlaqəli qurumun yaradılması, jurnalistlərin sosial-məişət problemləri, mənizlə olan tələbatının ən yüksək səviyyədə qarşılanması deyilənlərin sübutudur:
"Bu gün hərtərəfli dövlət qağısı ilə əhatə olunmuş Azərbaycan mətbuatı da öz növbəsində bu etimadı doğruldur, dövlətə və dövlətçiliyə sədaqətlə xidmət edir".
Anar Əliyev