
"Bu gün, 22 iyul Milli mətbuatımızın yaranmasının 150 ili tamam olur. Görkəmli mütəfəkkir, maarifçi, publisist Həsən bəy Zərdabinin bünövrəsini qoyduğu “Əkinçi” qəzetinin nəşrə başlaması ilə milli mətbuatımızda yeni səhifə açılmış oldu".
Newscenter.az xəbər verir ki, bu fikirləri ATXƏM sədri İlham İsmayılov səsləndirib. O deyib ki, Həsən bəy Zərdabi ilə yanaşı bir çox ziyalılarımız - Əlibəy Hüseynzadə, Üzeyir Hacıbəyli, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Hüseyn Cavid, Məmməd Səid Ordubadi kimi böyük maarifçilər Azərbaycanın Turan birliyi uğrunda apardığı mübarizədə bir araya gəlmiş oldular:
"Bu gün bu milli ideoloji xətti davam etdirən müstəqil fikirli, vətənpər, lazım gəldiyi anda tənqidi fikir soyləməkdən çəkinməyən jurnalist dostlarımızı təbrik edirik. Gələcək fəaliyyətlərində bu möhtəşəm Media İnstitutunun vətəndaş cəmiyyəti ilə birgə, xüsusən də çox vacib olan ictimai nəzarət strukturunda birgə fəaliyyət göstərməsini arzu edirik".
Süleyman