
Bu gün peşə fəaliyyətini dövlət maraqlarının qorunmasına, informasiya cəbhəsində həqiqətin yayılmasına və cəmiyyətin maarifləndirilməsinə həsr edən bütün media nümayəndələrinin günüdür.
Xüsusi olaraq qeyd etmək istəyirik ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı Sərəncama əsasən, Azərbaycan Respublikasında milli mətbuatın inkişafında göstərdikləri xüsusi xidmətlərə və uzunmüddətli səmərəli fəaliyyətlərinə görə bir sıra tanınmış media nümayəndələri bu il “Əməkdar jurnalist” fəxri adı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü və “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunublar. Eyni zamanda jurnalistika sahəsindəki əvəzsiz xidmətlərinə görə bəzi jurnalistlərə “Əmək” ordeni təqdim edilib.Bu yüksək təltiflər jurnalist əməyinə, sözün gücünə və medianın milli maraqların qorunmasındakı roluna verilən dəyərin bariz ifadəsidir.
Bu mühüm və ali təltif münasibətilədə onları səmimi qəlbdən təbrik edirik. Dövlətin maraqlarını hər zaman üstün tutan, ağır günlərdə informasiya cəbhəsində sözünü, qələmini sipərə çevirən, milli uğurlarımız naminə fədakarcasına çalışan dəyərli jurnalistlərimizin əməyinə verilən bu qiymət tamamilə layiq olduqları bir etimaddır.
Bir daha Azərbaycan milli mətbuatının 150 illiyi münasibətilə bütün jurnalistləri , dəyərli qələm sahiblərini və media nümayəndələrini səmimi-qəlbdən təbrik edirik!
Sözünüz hər zaman haqqın yanında, qələminiz xalqın xidmətində olsun!.
Ramil Hüseynov