
Özbəkistanın enerji sisteminin modernləşdirilməsi və dayanıqlı elektrik enerjisi təchizatının təmin edilməsi üçün böyük investisiya layihələri həyata keçirilir. Ölkədə elektrik enerjisinə tələbatın artdığı bir vaxtda Nəvai İstilik Elektrik Stansiyasının ərazisində 650 meqavat gücündə yeni kombinə edilmiş elektrik stansiyasının tikintisi strateji əhəmiyyət kəsb edir.
“İssiqlik Elektrik Stanzaları” ASC-nin investisiya proqramı çərçivəsində “Nəvai” İstilik Elektrik Stansiyasında üçüncü 650 meqavatlıq kombinə edilmiş elektrik stansiyasının tikintisi üzrə işlər sürətlə davam etdirilir.
Layihənin baş podratçısı qismində Yaponiyanın Mitsubishi Corporation və Mitsubishi Power Ltd şirkətlərinin konsorsiumu çıxış edir. Tikinti işlərində subpodratçı qismində Türkiyənin “Çalik Enerji” şirkəti də iştirak edir.
Hazırda tikinti sahəsində 1000-ə yaxın mütəxəssis, o cümlədən 750 yerli və 250 xarici mühəndis-texniki işçi çalışır. Proseslərə 139 ədəd xüsusi texnika cəlb olunub. Qaz və buxar turbinlərinin, generatorların, qazanxanaların və digər əsas və köməkçi enerji avadanlıqlarının yerləşdirilməsi üçün binalar tikilir.
İctimai informasiya xidmətinin məlumatına görə, layihənin tam olaraq 2026-cı ildə istismara verilməsi nəzərdə tutulub.O, işə salındıqdan sonra ölkənin enerji sisteminə ildə 4,8 milyard kilovat-saat elektrik enerjisi və 200 giqakalori istilik enerjisi əlavə edəcəyi gözlənilir.