Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Zəngəzur dəhlizinin açılması istiqamətində daha bir addım

Zəngəzur dəhlizinin açılması istiqamətində daha bir addım


Avqustun 22-də Qars-İğdır-Aralık-Dilucu dəmir yolu xəttinin təməlqoyma mərasimi keçiriləcək.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, bu barədə nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu məlumat verib.

O deyib ki, sözügedən dəmir yolu xətti Zəngəzur dəhlizinin əsas komponenti olacaq.

Nazir əlavə edib ki, Zəngəzur dəhlizinin fəaliyyətə başlaması ilə Pekindən Londona şərq-qərb xətti daha səmərəli fəaliyyət göstərəcək.

Uraloğlu, layihənin Türkiyənin şərqində yük və sərnişin daşımalarını gücləndirəcəyini vurğulayaraq, xəttin həm Türkiyənin logistik imkanlarını artıracağını, həm də Asiyaya uzanan ticarət yollarında təhlükəsizlik adası olaraq geostrateji mövqeyini möhkəmləndirəcəyini bildirib.

Uraloğlu qeyd edib ki, Xəzinə və Maliyyə Nazirliyinin apardığı araşdırmalar nəticəsində layihə üçün 2,4 milyard avro xarici maliyyə vəsaiti təmin edilib.

"Bu xətt Türkiyə ilə Azərbaycan arasında yeni, fasiləsiz dəmir yolu əlaqəsini təmin edəcək. Eyni zamanda, Şərqi və Cənub-Şərqi Anadolunun istehsal potensialı daha sürətlə xarici bazarlara çıxacaq, Aralıq dənizinin turizm potensialı artacaq. Bundan başqa, Transxəzər və Şimal-Cənub dəhlizlərinin gücləndirilməsi ilə bu xəttin Türkiyənin regional mərkəzləri ilə təchizat şəbəkəsini gücləndirəcək".

Süleyman
Xəbəri paylaş