Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu çox ucuz vətənpərvərlik propaqandasıdır

Bu çox ucuz vətənpərvərlik propaqandasıdır


"Əgər kimsə ağlında və təfəkküründə, kin və nifrət əkibsə, yaxud əkilməsinə yol veribsə, o, milçəyin qanadının səsini belə səbəb gətirərək, bəhanə edəcək və o ünvana qarşı ağlına gələn iftiraları ataraq,söyəcək. Bunu biz xüsusilə də İslama qarşı daha çox aktivlik halında görüruk. İslam peyğəmbərinin məhz Ərəb olmasından dolayı ərəblərə qarşı da daha çox kampaniya halında istifadə edilməsinin şahidi oluruq".

Newscenter.az xəbər verir ki, bunları siyasi ekspert Çingiz Şahbazi deyib. O bildirib ki, əslində bu sərgilənən münasibət, Rus şovenizmindən bizə keçib:

"Bunun hazırkı Rusiyada, istər TV məkanlarda, istərsə də digər yerlərdə yüzlərlə nümunəsi var. Bu çox ucuz vətənpərvərlik propaqandasıdır. Kimlərinsə xoşuna gəlmək üçün, reytinq, kimlərisə aşşağlamaq, üzərində qurulan ucuz bir vətənpərvərlik imici yaradan propaqanda növüdür. Bu səbəbdən bu kimi ucuz propaqanda heç bir cəmiyyətdə faydalı sayıla bilməz və yalnız fəsadlar törədə bilər. Necə ki, artıq Rusiyanın dostu qalmayıb".

Anar Əliyev
Xəbəri paylaş