Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

NATO-dan Türkiyəyə təşəkkür mesajı

NATO-dan Türkiyəyə təşəkkür mesajı


NATO Ankarada 2026-cı il NATO Zirvəsinə ev sahibliyi etdiyi üçün Türkiyəyə təşəkkür edir.

Newscenter.az xəbər verir ki, bu barədə trthaber məlumat yayıb.

Məlumatda bildirilib ki, NATO-nun baş katibi Mark Rutte 2026-cı ildə Ankarada keçiriləcək NATO Zirvəsinə ev sahibliyi etdiyi üçün Türkiyəyə təşəkkür edərək, "70 ildən artıqdır ki, Türkiyə ümumi təhlükəsizliyimizə əvəzsiz töhfələr verən güclü NATO müttəfiqi olub",-deyə bildirib.

Rutte sammitin Prezident Kompleksində keçiriləcəyini qeyd edərək, liderlərin NATO-nun daha güclü, daha ədalətli və effektiv müttəfiq olması üçün səylərini davam etdirəcəklərini, bununla da müttəfiqlərin kollektiv təhlükəsizlikləri üçün “ciddi çağırışlara cavab verməyə hazır olmalarını” təmin edəcəklərini bildirib.

Qeyd edək ki, Prezident Rəcəb Tayyib Ərdoğan NATO Zirvəsinin 2026-cı ilin iyulunda Türkiyənin ev sahibliyi ilə Ankarada keçiriləcəyini açıqlayıb.

Anar Əliyev
Xəbəri paylaş