
İordaniya kralı II Abdullah bin Əl-Hüseyn Qazaxıstana səfər edib.
Newscenter.az Akorda-ya istinadən bildirir ki, kral II Abdullahın təyyarəsi Astana hava limanında enib.
Astana hava limanında İordaniya Kralını Prezident Kasım-Jomart Tokayev qarşılayıb.
Sabah dövlət başçıları danışıqlar aparacaq və Qazaxıstan-İordaniya biznes forumunda iştirak edəcəklər.
Qeyd edək ki, Qazaxıstandan əvvəl İordaniya kralı Özbəkistanda dövlət səfərində idi.
Mehman Mehdiyev