Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ABŞ-dan Çinə daha bir rüsum tətbiqi

ABŞ-dan Çinə daha bir rüsum tətbiqi


ABŞ prezidenti Donald Tramp ABŞ-a idxal edilən ağac və bəzi ağac məhsullarına gömrük rüsumlarının tətbiq edilməsi barədə göstəriş verib.

Newscenter.az TASS-a istinadən bildirir ki, Ağ Evin dərc etdiyi sənədlərə görə, malların dəyərinə mütənasib olaraq 10% rüsum, yumşaq ağaclar da daxil olmaqla, ağac materiallarına şamil ediləcək. Bəzi mebel növlərinə, o cümlədən mətbəx mebelinə 25% tariflər tətbiq olunacaq. Yeni tədbirlər oktyabrın 14-dən qüvvəyə minir. Tariflər 2026-cı il yanvarın 1-dən sonra artırıla bilər.

Avqustun 22-də Tramp Vaşinqton administrasiyasının digər ölkələrdən ABŞ-a mebel daşınması ilə bağlı araşdırma apardığını açıqlamışdı. O vaxt qeyd etdiyi kimi, araşdırmalardan sonra bu məhsullara tariflər tətbiq olunacaq. Dövlət başçısı əmin olduğunu bildirib ki, bu, mebel biznesini Şimali Karolina, Cənubi Karolina, Miçiqan və digər ştatlara qaytaracaq.

Qeyd edək ki, ABŞ-a ən böyük mebel ixracatçıları Vyetnam, Kanada, Çin və Meksikadır.

Mehman Mehdiyev
Xəbəri paylaş