
Adının çəkilməsini istəməyən mənbənin verdiyi məlumata görə Qərbi Azərbaycanın Paşalı rayon Gabud Kənd İcmasında qalmaqal səngimək bilmir. İcma üzvlərinin xeyriyyə məqsədilə yaratdıqları fonda toplanan 2 min manatdan artıq vəsait kənd icmasının sədri Abbasov Tural Lətif oğlu tərəfindən mənimsənilib və bu icma üzvlərini hiddətləndirib. T.Abbasov mənimsənilmiş vəsaiti qaytarmaq haqqında icma üzvlərinin tələbinə cavab olaraq şantaja və təhqirə əl atır.
Hadisə Qərbi Azərbaycan İcması rəhbərliyinin diqqətini çəkmiş və narahatlığına səbəb olmuş, Tural Abbasov Gabud kənd icma sədrliyindən azad edilmişdir.
Qeyd edək ki, Tural Abbasov həm də dövlət təşkilatında çaılışır. Çox təəssüf ki, doğma kəndinin icmasında ona göstərilən etimada qəsd edərək bundan sui-istifadə edib. Kənd icmasına əlavə gəlir yeri kimi yanaşıb. Belə adamı tutduğu ictimai vəzifədən çıxartmaqla kifayətlənmək olmaz. Yoxsa bu hal başqalarına dərs olmaz. Mütləq ciddi araşdırma aparılıb qanuni ölçü götürülməlidi.
Sima Babayeva