Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

TDT-nin Qəbələdə keçiriləcək zirvə görüşü, Türk dünyasının inteqrasiyasını və birliyini sürətləndirəcək

TDT-nin Qəbələdə keçiriləcək zirvə görüşü, Türk dünyasının inteqrasiyasını və birliyini sürətləndirəcək



"Türk Dövlətləri Təşkilatının Zirvə görüşü müasir dünya reallıqlarında baş verən hadisələrə çevik münasibət sərgiləyən və türk dünyasında birliyin möhkəmlənməsinə xidmət edən əhəmiyyətli beynəlxalq platformadır. Qəbələdə dövlət başçılarının iştirakı ilə üzv ölkələr arasında iqtisadi, siyasi və mədəni sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılacaq. Bu, ölkələrimiz arasında ticari-iqtisadi əməkdaşlığın dərinləşməsinıə ilə yanaşı, regional əməkdaşlığın inkişafına da töhfə verəcək".

Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı Azər Badamov Qəbələdə keçiriləcək TDT-nin 12-ci Zirvə Görüşünün əhəmiyyətindən danışarkən səsləndirib. O bildirib ki, TDT üzv ölkələri qlobal təhlükəsizlik məsələləri qarşısında vahid mövqe sərgiləməyi hədəfləyirlər:

"Həm də TDT ölkələri humanitar sahədə əməkdaşlığı genişləndirir və bu da xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına yol açır. Zirvə görüşünün məhz Azərbaycanda, Qəbələdə keçirilməsinin xüsusi əhəmiyyəti var. Bu, birinci növbədə Azərbaycanın regionlarının da beynəlxalq zirvə toplantılarını qarşılamağa hazır olduğunu göstərir. Bu qardaş ölkələrin dövlət başçılarına Azərbaycanın regionlardakı inkişafla tanış olmağına imkan yaradacaq".

Azər Badamov qeyd edib ki, Azərbaycan Asiya ilə Avropanı birləşdirən körpüdür:

"Ölkəmizin yaratdığı beynəlxalq nəqliyyat dəhlizləri türk dünyası, o cümlədən daha böyülk coğrafiya arasında əməkdaşlıq üçün imkanlar yaradıb. Bu baxımdan TDT Zirvə toplantısında Zəngəzur dəhlizinin əhəmiyyəti ilə bağlı bir daha müzakirələrin aparılacağı gözləniləndir. Qəbələdə “Regional sülh və təhlükəsizlik” mövzusu altında keçirilən görüşün gündəliyinə təşkilat çərçivəsində çoxtərəfli əməkdaşlığın daha da inkişafı və dərinləşdirilməsi ilə bağlı cari məsələlər daxil olduğu bildirilir. Təbii ki, regional əməkdaşlığın inkişaf etdirilməsi üçün sülh və təhlükəsizliyin möhkəmlənməsi vacibdir. 8 avqustda Vaşinqtonda Azərbaycanla Ermənistan arasında imzalanmış sazişlər və sülh müqaviləsinin paraflanması regional sülh və təhlükəsizlik üçün yeni üfüqlər açmışdır. TDT üzv dövlətləri regional sülhü və təhlükəsizliyi dəstəkləyirlər. Bu, həm də yeni əməkdaşlıq imkanlarının üzə çıxarılması və hərtərəfli münasibətlərin dərinləşdirilməsi üçün yeni impuls verir".

Millət vəkili qeyd edib ki, TDT-nin Qəbələdə keçiriləcək zirvə görüşü, Türk dünyasının inteqrasiyasını və birliyini artıracaq, həmçinin Azərbaycanın beynəlxalq mövqeyini gücləndirəcək:

"Zirvə görüşü, qarşılıqlı əməkdaşlığın müxtəlif sahələrdə inkişafına təkan verəcək və gələcəkdə daha yaxın bir əlaqə qurulmasına şərait yaradacaq. Bu cür tədbirlər, həm də bölgə üçün sabitlik və inkişaf baxımından müsbət təsirlər yaradacaq".

Süleyman
Xəbəri paylaş