Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tramp həyat yoldaşının ona nifrət etdiyini deyib

Tramp həyat yoldaşının ona nifrət etdiyini deyib


ABŞ-ın birinci xanımı Melaniya Tramp əri, ABŞ prezidenti Donald Trampın ictimaiyyət qarşısında rəqs etməsindən nifrət edir.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Ağ Ev rəhbəri deyib.

"Həyat yoldaşım bunu etməyimdən nifrət edir", - deyə Amerika lideri ictimaiyyət qarşısında rəqs etməsinə toxunaraq bildirib.

"Bilirsiniz, o, çox zərif və incədir. O deyir ki, bu, prezidentə aid olmayan hərəkətdir. O, mənim rəqs etməyimdən nifrət edir", - deyə Tramp Nümayəndələr Palatasının Respublikaçılar Qrupunda çıxış edərkən bildirib.

Qanunvericilər Trampın etirafını gülüş və alqışlarla qarşılayıblar.

ABŞ prezidenti həmçinin xatırladıb ki, tərəfdarları onun müxtəlif ictimai tədbirlərdə musiqi sədaları altında yüngül rəqs etməsindən həzz alırlar.

Cavid
Xəbəri paylaş