
"Azərbaycan daha bir mötəbər tədbirə ev sahibliyi etməyə hazırlaşır. Türk Dövlətləri Təşkilatının oktyabrın 7-də Qəbələdə keçiriləcək Zirvə Görüşü ölkələrimiz arasında dostluq, qardaşlıq və tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsi baxımından əhəmiyyətli hadisədir".
Bu fikirləri Newscenter.az-a siyasi şərhçi Pərviz Mirizadə səsləndirib. O deyib ki, Zirvə Görüşünün Qəbələ şəhərində təşkil olunması rayonun iqtisadi-ticari və turizm imkanlarını genişləndirmək baxımından müstəsna əhəmiyyət kəsb edir:
"Ümumiyyətlə, beynəlxalq səviyyəli tədbirlərin müxtəlif bölgələrimizdə keçirilməsi regionların sosial-iqtisadi inkişafını stimullaşdıran əsas faktorlar sırasındadır".

Pərviz Mirizadənin sözlərinə görə, tədbirin "Regional sülh və təhlükəsizlik" mövzusunda keçirilməsi onu deməyə əsas verir ki, iştirakçı dövlətlər qlobal çağırışlar, gərginliklər və sınma nöqtələri ətrafında geniş fikir mübadiləsi aparacaqlar:
"Daha vacib məqam isə, Vaşinqton görüşündən sonra regionada yaranan yeni geosiyasi reallıqların yaratdığı perspektivlərin faydası ilə əlaqədardır. Azərbaycan öz gücü hesabına 200 il öncə türk dünyası arasındakı fiziki əlaqələri kəsmək üçün qurulan uzunmüddətli narrativləri dəyişdi və tarixi fürsət formalaşdırdı. Bütün bunlar Azərbaycanın qlobal arenadakı yüksələn rolunu təsdiqləyir. Ölkəmiz Qərb və Şərq arasında formalaşan yeni bir güc mərkəzinin institusionallaşmasında kilid rol oyanır".
Süleyman