Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İndiyədək ölkə ərazisində 108 mindən çox yeni nəsil NKA quraşdırılıb

İndiyədək ölkə ərazisində 108 mindən çox yeni nəsil NKA quraşdırılıb


İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir.

Newscenter.az-a Xidmətdən bildirilib ki, indiyədək ölkə ərazisində 108.631 ədəd belə NKA quraşdırılıb. Yeni nəsil NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.

2025-ci ilin yanvar-sentyabr aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 20 milyard 126 milyon manat olub ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,3 milyard manat, yaxud 12,7 faiz çoxdur.

Süleyman
Xəbəri paylaş