Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qəbələ Zirvəsi TDT-yə üzv dövlətlər arasında siyasi və iqtisadi inteqrasiyanın dərinləşdirilməsinə xidmət edəcək

Qəbələ Zirvəsi TDT-yə üzv dövlətlər arasında siyasi və iqtisadi inteqrasiyanın dərinləşdirilməsinə xidmət edəcək



Azərbaycan daha bir beynəlxalq tədbirə evsahibliyi edir. Sabah Qəbələdə Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin dövlət başçılarının XII Zirvə Görüşü keçiriləcək. Zirvə Görüşündə təşkilata üzv ölkələrin liderləri ilə yanaşı, müşahidəçi ölkələr, Macarıstan və Şimali Kipr də qatılacaq.

Zirvə Görüşünün əhəmiyyətindən danışan Milli Məclisin deputatı İlham Məmmədov Newscenter.az-a bildirib ki, Türk Dövlətləri Təşkilatının Qəbələ Zirvə Görüşü həm təşkilat, həm də Azərbaycan üçün mühüm siyasi, iqtisadi və mədəni əhəmiyyətə malik bir hadisədir. Millət vəkilinin sözlərinə görə, Qəbələ Zirvə Görüşü ilk növbədə Türk Dövlətləri Təşkilatının üzv dövlətləri arasında siyasi və iqtisadi inteqrasiyanın dərinləşdirilməsinə xidmət edəcək, müzakirələr zamanı yeni əməkdaşlıq imkanları ortaya çıxacaq:

”Zirvə Görüşü zamanı rəqəmsal transformasiya, enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri və iqlim dəyişikliyi ilə mübarizə məsələlərin müzakirəsi gözlənilir ki, hər bir məsələ ayrı-ayrılıqda günümüzdə həm üzv dövlətlər, həm də dünya üçün olduqca əhəmiyyətlidir. Xüsusilə Orta Dəhliz (Transxəzər Nəqliyyat Marşrutu) ilə bağlı məsələ bu sırada diqqət çəkir. Zirvə Görüşü eyni zamanda türkdilli ölkələr arasında mədəni və mənəvi bağların gücləndirilməsinə də öz töhfəsini verəcək”.

Zirvə Görüşünün Azərbaycan üçün əhəmiyyətinə gəlincə, İlham Məmmədov deyib ki, TDT-nin ölkəmizdə toplanması Azərbaycanın təşkilat daxilində lider və təşəbbüskar ölkə statusunu bir daha təsdiqləyir:

“Eyni zamanda Azərbaycanın regionda sabitlik və əməkdaşlıq platforması kimi çıxış etdiyini bird aha ortaya qoyur. Zirvə Görüşü Azərbaycanın ərazi bütövlüyü və post-münaqişə dövrü yenidənqurma işləri barədə türk dünyasını məlumatlandırmaq baxımından da əhəmiyyətlidir. Zirvə Görüşünün turizm zonası olan Qəbələdə keçirilməsinin isə Azərbaycanın turizm potensialının təqdimatı, bu sahənin inkişaf etdirilməsi baxımından müsbət dəyərləndirə bilərik. Qəbələ kimi tarixi və turistik bir bölgədə tədbirin keçirilməsi Azərbaycanın turizm potensialını tanıtmaq üçün əla fürsətdir. Bir sözlə Qəbələ Zirvə Görüşü Türk Dövlətləri Təşkilatının siyasi birliyi, iqtisadi əməkdaşlığı və mədəni həmrəyliyi baxımından mühüm addım olacaq”.

Süleyman
Xəbəri paylaş