
"Möhtərəm Prezidentin 31 iyul 2023-cü il tarixli "Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında" Sərəncamına əsasən 17 oktyabr Füzuli Şəhəri Günüdür.
Füzuli rayonunun 27 illik işğaldan qurtulması ilə həm haqq-ədalət bərpa olundu, həm də müzəffər Ali Baş Komandanın rəhbərliyi altında qəhrəman Ordumuz düşməndən Gəncədə mülki insanları hədəfə alan cinayətkar hücumun qisasını misli ilə almış oldu. Qisas qiyamətə qalmadı".
Newscenter.az xəbər verir ki, bunları Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib. O bildirib ki, bu gün Böyük Qayıdışın ləyaqətli formada təmin olunmasına başlanmış Füzuli özünün ən gözəl günlərinə hazırlaşır:
"Ən müasir yol-nəqliyyat, enerji infrastrukturu, müasir beynəlxalq hava limanı, tam şəkildə planlı yaşayış məskənləri ilə Füzuli Qafqazın ən müasir yaşayış məskənlərindən biri olacaq".
Süleyman












































