
Isveçrə bu ölkəyə üz tutan ukraynalılar üçün bəzi məhudiyyətlər tətbiq edib.
Newscenter.az TASS-a istinadən bildirir ki, İsveçrə hakimiyyət orqanları onlara konfederasiyada yaşamaq və dövlət yardımı almaq imkanı verən qoruyucu statusu (S) yalnız hərbi əməliyyatların təsirinə məruz qalmış ərazilərdə yaşayan Ukrayna vətəndaşlarına vermək qərarına gəlib.
Sənədə əsasən, parlamentin hər iki palatasının üzvləri Ukraynanın Rusiya tərəfindən azad edilmiş bölgələrində yaşayan və ya “hərbi əməliyyatlardan təsirlənən” şəxslərə S statusunun mühafizə dairəsini məhdudlaşdırmaq qərarına gəliblər.
Mətndə izah edilir ki, hazırda ukraynalı qaçqınların Volın, Rivne, Lvov, Ternopol, Zakarpatya, İvano-Frankivsk və Çernivtsiyə qayıtması məqbul hesab olunur. Qeyd olunur ki, bu məhdudiyyətlər artıq İsveçrədə S mühafizəsi statusuna malik olan şəxslərə, habelə onların hələ də Ukraynada olan ailə üzvlərinə şamil edilmir.
Mehman Mehdiyev