
"Keçmiş SSRİ-nin zamanında şikayət və müraciətlərə 1 ay ərzində cavab verilməsi başa düşülən idi. Çünki ittifaq ərazisi həddən artıq geniş idi və müraciətlərə, şikayətlərə 1 ay ərzində cavab gəlirdi. Ancaq indiki halda müraciətlərə 1 ay ərzində cavab gəlməsi doğru deyil".
Newscenter.az xəbər verir ki, bunları Milli Məclisin deputatı Səyyad Salahlı deyib. Millət vəkili bildirib ki, seçicilərinin şikayət və müraciətləri əsasında müxtəlif nazirlik və komitələrə ünvanladığı ərizələrə gec cavab verilir:
"Seçici isə bizə irad bildirir ki, nə üçün məktuba cavab verilmir. Yaxşı olardı ki, nazirlik və komitələrdeputat müraciətlərinə vaxtında cavab versinlər".
Süleyman