Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ramil Həsən: Yaxın günlərdə MSK deputat mandatıma xitam verəcək

Ramil Həsən: Yaxın günlərdə MSK deputat mandatıma xitam verəcək


Milli Məclisin deputatı Ramil Həsən yaxın günlərdə Məskəzi Seçki Komissiyasının (MSK) onun mandatına xitam verəcəyini deyib.

Newscenter.az-ın məlumatına görə, "Report"a bununla bağlı açıqlama verən deputat qeyd edib ki, buna səbəb TÜRK PA-nın baş katibi seçilməsidir.

"15 oktyabrdan etibarən Türk Dövlətləri Parlament Assambleyasının Baş Katibi olaraq beynəlxalq təşkilatda vəzifəmin icrasına başlayacağam. Qanuna uyğun olaraq deputat mandatıma MSK tərəfindən yaxın günlərdə xitam veriləcək. Beş dövlətin parlamentini birləşdirən beynəlxalq təşkilata, diplomatik korpusa rəhbərlik edəcəyim üçün başqa vəzifələr daşıya bilmərəm. Çünki bütün ölkələrin parlamentlərini birləşdirən TÜKR PA Baş Katibi kimi ortaq təmsilçi olaraq fəaliyyət göstərməliyəm", - o bildirib.
Xəbəri paylaş