Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Milli Məclisin deputatı Səbinə Xasayeva dəmir yolu işçiləri ilə görüş keçirib

Milli Məclisin deputatı Səbinə Xasayeva dəmir yolu işçiləri ilə görüş keçirib



Oktyabrın 9-da Milli Məclisin deputatı Səbinə Xasayeva Binəqədi rayonunun Biləcəri bələdiyyəsinin inzibati binasında bir qrup dəmir yolu işçisi ilə görüş keçirib. Görüşü giriş sözü ilə Biləcəri bələdiyyəsinin sədri Fərid Cəfərov acıb və dəmir yolu işcilərinin fədakar fəaliyyətlərinə görə onlara təşəkkür edərək sözü Milli Məclisin deputatı Səbinə Xasayevaya verib.

Newscenter.az xəbər verir ki, Səbinə Xasayeva ölkəmizdə gedən böyük quruculuq işlərindən danışaraq bildirib ki, ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan və möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən müasir dövrün iqtisadi islahatları respublikamıza böyük uğurlar gətirib, ölkə iqtisadiyyatının inkişafını sürətləndirib. Ümummilli lider Heydər Əliyev ölkənin siyasi rəhbərliyində olduğu bütün dövrlərdə polad magistralın inkişafına daim qayğı göstərib.


145 il bundan əvvəl yaranan Azərbaycan dəmir yolu 13 oktyabr 1955-ci ildən müstəqil dəmir yolu kimi fəaliyyət göstərir. Prezident İlham Əliyev dəmir yolu işçilərinin peşə bayramı gününü təsis edərkən məhz bu tarixi əsas götürüb, 7 oktyabr 2005-ci ildə “Dəmir yolu işçilərinin peşə bayramının təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Həmin sərəncama əsasən hər il oktyabrın 13-ü Azərbaycan dəmir yolu işçilərinin peşə bayramı günü kimi qeyd olunur, ölkə başçısı dəmiryolçuları ali dövlət mükafatları ilə təltif edir.


Səbinə Xasayeva Azərbayan Ordusunun qazandığı tarixi Zəfərdən, bu Zəfərin davamıı kimi quruculuq işlərindən, qayıdışdan, dəmiryolçuların quruculuq işlərinə verdiyi töhfədən danışıb və tədbir iştirakçılarını dəmir yolu işçilərinin qarşıdan gələn peşə bayramı günü münasibətilə ürəkdən təbrik edib.


Sonra Biləcəri bələdiyyəsinin sədr müavini, “Tərəqqi” medalı ilə təltif olunmuş fəxri dəmiryolçu Osman Qasımov, “Şöhrət “ordenli fəxri dəmiryolçu Nazim Abbasov, fəxri dəmiryolçular Ovçu Səfərov, Məmməd Osmanov, Əlibala Hacıyev, Babaş Babayev, Məzahir Lətifov,Seyran Əliyev və digərləri çixış edərək ölkədə gedən möhtəşəm quruculuq işlərinə, dəmiryolçulara göstərilən diqqətə və qayğıya görə cənab Prezident İlham Əliyevə dərin minətdarlıqlarını bildirdilər.

Sonra bir qrup dəmiryolçuya Biləcəri bələdiyyəsi tərəfindən mükafatlar təqdim olunub.

Sonda görüşdə dəmiryolçuların müraciətləri dinlənilib, qaldırılan məsələlərin bir qismi qanunvericiliyin tələblərinə müvafiq olaraq yerində həllini tapıb, digərləri aidiyyəti qurumlara yönləndirilib.

Süleyman
Xəbəri paylaş