Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu, Azərbaycanın haqlı mövqeyi, qətiyyətinin Kreml tərəfindən qəbul edilmıəsidir

Bu, Azərbaycanın haqlı mövqeyi, qətiyyətinin Kreml tərəfindən qəbul edilmıəsidir


"Hər ölkə liderinin bacarığı, işi deyil ki, dünyada bir-birinə əks qütbdə dayanan super güclərlə bərabərhüquqlu, qarşılıqlı faydalı əməkdaşlıq qursun. Bunu məhz uğurlu diplomatik gedişləri, zərgər dəqiqliyi ilə müəyyən edilmiş xarici siyasət konsepsiyası ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bacarır. Son bir neçə ayda Çində, Birləşmiş Ştatlarda, ötən gün isə Tacikistanda baş tutan görüşlər dövlət başçısının kifayət qədər faydalı, ölkə maraqlarına tam uyğun olan, lazım gəldikdə isə prinsipiallıqdan çəkilməyən siyasət həyata keçirdiyini təsdiqlədi".

Bu fikirləri Newscenter.az-a "Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi" ictimai birliyinin sədri İlham İsmayılov Düşənbədə baş tutan Əliyev-Putin görüşünü şərh edərkən səsləndirib. ATXƏM sədri deyib ki, Düşənbə görüşünün nəticələri Moskvanın gec də olsa Bakının haqlı irad və tələbləri ilə razılaşması kimi xarakterizə etmək olar:

“Bu Azərbaycanın haqlı mövqeyi, qətiyyətinin Kreml tərəfindən qəbul edilmıəsidir. Onu da xüsusi olaraq qeyd etmək lazımdır ki, Rusiyanın siyasi təcrübəsində indiyə qədər belə bir təcrübə olmayıb ki, yol verdiyi səhvə görə, hansısa ölkədən üzr istəsin. Bu məhz Azərbaycan dövlətinin, Azərbaycan liderinin qətiyyəti, siyasi iradəsi nəticəsində baş tutdu. Elə liderlərinin görüşü zaman onların bədən dilindən də bu aydın şəkildə görünürdü. Azərbaycan Prezidentinin haqlı inciklik jesti, Putinin isə peşmançılıq hissi Düşənbə görüşündə hiss olunurdu. Görüş zamanı Putinin AZAL təyyarəsi ilə bağlı üzrxahlıq etməsi bunun əyani təzahürü idi”.

İlham İsmayılov deyib ki, Azərbaycan bütün yaxın-uzaq ölkələr kimi Rusiya ilə də qarşılıqlı faydalı əməkdaşlıq, normal qonşuluq münasibətlərinin imnişaf etdirilməsində maraqlıdır, bu siyasətə sadiqdir:

“Rusiya Azərbaycan üçün mühüm ticarət və enerji tərəfdaşıdır. Hər iki ölkə regionda təhlükəsizlik və iqtisadi əməkdaşlıq məsələlərində sıx təmasdadır. Azərbaycan Rusiya ilə həm ikitərəfli, həm də regional formatlarda əməkdaşlıq edir. Regionda nəqliyyat dəhlizləri, enerji ötürmə yolları, regional əməkdaşlıq baxımından da Azərbaycan Rusiyaya lazımdır. Bütün bu reallıqları qəbul etməklə Rusiya Azərbaycanın şərtləri ilə razılaşmaq məcburiyyətindədir”.

İlham İsmayılov, “Bizim ailəmiz türk ailəsi, türk dünyası olsa da Rusiya kimi qonşularla tərəfdaşlıq, strateji müttəfiqliyi qoruyub saxlamalıyıq. İstəsək də, istəməsək də buna məhkumuq və qonşu istək əsasında seçilmir. Buna paralel olaraq Azərbaycan öz yolunu davam etdirəcək. Gələcəkdə Azərbaycana qarşı hansısa addım atmaq niyyətinə düşən hər kəs də öz yerini bilməlidir”,-deyə vurğulayıb.

Süleyman
Xəbəri paylaş