Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakıda ilk dəfə İƏT-in Mədəniyyət Festivalı keçiriləcək

Bakıda ilk dəfə İƏT-in Mədəniyyət Festivalı keçiriləcək


Gələn həftə Bakıda "İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə - 2025" keçiriləcək.

Newscenter.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və nazirliyin təşkilatçılığı ilə baş tutacaq tədbirin 5-11 dekabrda keçirilməsi nəzərdə tutulub.

Belə ki, Azərbaycanın ilk dəfə ev sahibliyi edəcəyi tədbir ölkənin beynəlxalq mədəniyyət platformasında artan rolunu və regionda multikulturalizm, dialoq və əməkdaşlıq ənənələrinin təşviqinə verdiyi töhfəni bir daha nümayiş etdirəcək.

Festivalda mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi, İslam dəyərlərinin – tolerantlıq, sülh və müxtəlifliyə hörmətin təbliği əsas istiqamətlərdən olacaq.

Bununla yanaşı, iqtisadiyyat, təhsil, elm və turizm sahələrində birgə layihələrin təşviqi, üzv dövlətlər arasında dayanıqlı tərəfdaşlıqların qurulması və yaradıcı sənayelərin qlobal iqtisadiyyata inteqrasiyasının gücləndirilməsi nəzərdə tutulur.

Tədbirdə 50-dən çox ölkədən 300-dən artıq qonağın – dövlət rəsmiləri, beynəlxalq təşkilatların nümayəndələri, tanınmış elm, mədəniyyət və incəsənət xadimləri, eləcə də yaradıcı sənaye üzrə mütəxəssislərin iştirakı gözlənilir.

Cavid
Xəbəri paylaş