Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Mərkəzi Asiya regionu növbəti mübarizə meydanına çevrilir

Mərkəzi Asiya regionu növbəti mübarizə meydanına çevrilir


“Mərkəzi Asiyaya maraq çərçivəsində ABŞ-la rəqabət qabiliyyətinə malik ölkələrdən biri olaraq Çini xüsusi qeyd etmək lazımdır. Çin “Bir Kəmər, Bir Yol” layihəsi çərçivəsində regionda böyük investisiyalar həyata keçirir. Çin və Rusiyanın regionda iqtisadi və siyasi təsirini azaltmaq məqsədilə ABŞ, Türk Dövlətləri Təşkilatına, xüsusilə də Türkiyənin güclənməsini təmin etmək məqsədilə, təşkilata dəstək verir. Baş verən hadisələrə diqqət yetirsək görərik ki, Mərkəzi Asiya regionu növbəti mübarizə meydanına çevrilir”.

Bu fikirləri Newscenter.az-a siyasi ekspert Çingiz Şahbazi deyib. O bildirib ki, söhbət hərbi və yaxud da münaqişə zəminində mübarizədən getmir:

“Söhbət geosiyasi rəqabətdən, iqtisadi və təsir mübarizəsindən gedir. ABS-Çin, Çin-Rusiya, Rusiya-Türkiyə, Avropa-Rusiya kimi rəqabət qabiliyyətinə malik ölkələrin artıq Mərkəzi Asiyada istiqamətləri görünməkdədir. Bu ən çox nəqliyyat dəhlizləri , enerji resursları və təhlükəsizlik təsirləri üzərində baş verə bilən ehtimalları özündə əks etdirir. Görünən odur ki, Rusiya Ukraynada apardığı müharibədən dolayı proseslərə bir o qədər də təsir etmə imkanına malik deyil. Bu səbəbdən Rusiya daha çox kənara sıxışdırılacaq kimi görünür. İqtisadi baxımdan region daha çox Çinin təsiri altına düşür və bu səbəbdən Çinin regionda böyüməsi və inkişafı real variantlardan biri kimi qeyd oluna bilər”.

Süleyman
Xəbəri paylaş